Çində yerli sakinlərin möcüzə kimi dəyərləndirdikləri olay yaşanıb. Üstünə tonlarla qum düşən və bu qumun altında qalan qadın ölümü "aldadaraq" sağ qalıb.
Xilasedicilər qumu qazaraq qadını çıxarıblar.
Olay Çinin cənub-şərqindəki Fuzyan vilayətinin Çjinçjian bölgəsində yaşanıb. İnşaatda fəhlə işləyən 34 yaşlı Minqmey Syun beton qarışdırılan yerdə duraraq alətləri hazırlayırdı.
Az sonra o, yeni tikiləcək binanın özülü üçün qazılmış xəndəyə düşdü və armatur dirəklərin məftillərini bərkitməyə başladı.
Xəndəyə yaxınlaşan yük maşınının sürücüsü isə Syundan xəbərsizdi.
Yükünü özüboşaldan maşının sürücüsü avtomobili xəndəyin kənarına sürərək qumu aşağı boşaldıb.
Syan qumun altında qalıb.
Xoşbəxtlikdən baş verənləri yaxınlıqlakı iki fəhlə görüb. Onlar haray salıblar, hadisə yerinə polis və xilasedicilər gəliblər.
Qumda Syanın olduğu yer sürətlə qazılmağa başlayıb. İşlər ehtiyatla görülürdü, çünki 34 yaşlı qadın qumun altında idi.
Onun sağ qaldığına ümid az olsa da, xilasedicilər sürətlə işləyirdilər.
Təxminən yarım saat sonra qadının səsi gəlib.
Syanı ölümdən qurtaran məqam başındakı inşaatçı şlemi idi.
Ekspertlərin dediklərinə görə, şlemlə qadının üzü arasında "hava yastığı" yarandığından qadının burnu və ağzı qumla dolmayıb, o, yarım saat nəfəs ala bilib.