58 nəfərlik dəstə kişiləri internet vasitəsi ilə soyundurduqdan sonra onlardan pul tələb ediblər
Filippinli qızlar internetdə dünyanın əksər ölkələrindən olan 530 yaxın kişini şantaj edərək, onlardan pul qoparıblar. JAM.AZ xəbər verir ki, qızlar bunun üçün elə də çətinlik çəkməyiblər.
Onlar kişiləri kameralar qarşısında şirin dilə tutaraq, soyundurublar. Sonra isə onların çılpaq görüntülərini ailələrinə göndərəcəklərini və ya sosial şəbəkələrdə yayımlayacaqları ilə təhdid ediblər. Və bunun qarşılığı olaraq həmin adamlardan 500-2000 dollar pul qopara biliblər.
Filippin polisi İsveç, Avstraliya və daha bir neçə ölkədəki həmkarları ilə birgə araşdırma aparıb, məsələni çözə biliblər. Keçirilən əməliyyat nəticəsində 58 nəfər həbs olunub. Onların 57-si qızdır. Yalnız biri oğlandır ki, onun da dəstənin başçısı olduğu düşünülür.
Məlumatda deyilir ki, qızlardan ibarət dəstənin şantaj etdiyi şəxslər arasında azərbaycanlılar da var. JAM.AZ türk mətbuatına istinadən xəbər verir ki, onların sayı 3 olub. Hər birindən isə 1000-2000 dollar arası pul tələb olunub. Həmyerlilərimiz isə qorxaraq həmin pulu filippinlilərin göndərdiyi hesaba köçürüblər.