“Oğlum barəsində heç bir məlumatım yoxdur, heç maraqlanmıram da”.
Bunu azvision.az-a açıqlamasında Qaraçuxur məscidini yandıran PKK üzvü Namiq Nəsibovun anası Nailə Nəsibova deyib. Həbs olunan PKK üzvünün anası oğlundan imtina etdiyini deyib: “Hamı, bütün nəsil ondan imtina edib. Nə yanına gedirik, nə də maraqlanırıq. O birim başımızı aşağı saldı, el içində biabır elədi bizi. Özüm maraqlanmıram, həmçinin qohumlardan da heç kim onunla maraqlanmır. Səhhəti və vəziyyəti ilə bağlı heç bir məlumatım yoxdur”.
Qeyd edək ki, PKK üzvü Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur. O, Bakının Suraxanı rayonunda yerləşən Qaraçuxur məscidini yandıran şəxslərdən biri olub.
Həbs olunan şəxslər barəsində faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, ictimai təhlükəsizliyi pozmaq, odlu silah əldə etmə maddələri ilə cinayət işi başlanıb.//musavat.com/