Xidmət rəisi məhbusu öldürən işçilərini tutdurdu

13-01-2015, 11:09   
Xidmət rəisi məhbusu öldürən işçilərini tutdurduƏdliyyə Nazirliyi və Baş Prokurorluğun birgə araşdırmaları nəticəsində 22 dekabr 2014-cü il tarixdə saat 07 radələrində Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsindən məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə nəticələnən cinayətin bəzi təfərrüatı məlum olub.

Axar.az-a daxil olan qeyri-səhih məlumata görə, Elşad Babayevin ölümündə təqsirli bilinən mayor rütbəli Firdovsi, rejim rəisi, baş leytenant Faiq adlı şəxs və bir neçə digər həbsxana işçisi məsuliyyətə cəlb olunub.
Araşdırma nəticəsində o da məlum olub ki, cəzaçəkmə müəssisəsində məhkumlar arasında narazılıq da məhz bu hadisədən sonra baş verib.

Bildirək ki, 14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır cinayətlərə görə məhkum olunan, ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır.

Xatırladaq ki, bu gün Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumata görə, 22 dekabr 2014-cü il tarixdə saat 07 radələrində Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsindən məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə bağlı daxil olmuş məlumata əsasən, Qaradağ rayon Prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İkin araşdırma ilə müəyyən edilib ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək rejim qaydalarını pozub, əməkdaşların tələblərinə əməl etməyək müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol veriblər.

Qaradağ rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.