İçindən siçan çıxan limonad hazırlanan sexdən xəbər (VİDEO)

13-01-2015, 17:27   
İçindən siçan çıxan limonad hazırlanan sexdən xəbər (VİDEO)İmişlidə siçanlı limonaddan zəhərlənən 3 ailə üzvü Bakıya gətirilib.

ANS TV-nin məlumatına görə, son vaxtlar qida və içki məhsullarında gigiyenik qaydaların gözlənilməməsi alıcılar arasında narazılığa səbəb olub.Tək narazılığa yox, elə həyati təhlükəyə də. Elə buna görə də bir neçə gün öncə içərisində siçan cəsədi olan limonaddan zəhərlənən İmişli rayon sakinlərinin səhhəti pisləşdiyindən onlar artıq Bakıya gətirilib. Ailəsinin 3 üzvü xəstəxanaya yerləşdirilən ailə başçısı Kazım Əliyev zəhərlənməyə bazardan aldığı limonatın səbəb olduğunu bildirib.

Ailə başçısı Kazım Əliyev limonadı bazardan aldığını uşaqlar içərkən içərisindən siçanın çıxdığını deyir.

Artıq limonat şüşəsi və siçanın cəsədi Respublika Gigiyena və Epidemialogiya Mərkəzinə gətirilib. Fakt öz təsdiqini tapdığından onu istehsal edən sexin fəaliyyəti dayandırılıb, eləcə də həmin sex sahibi yüksək məbləğdə cərimələnib.

Bu cür qaydalar bəzi çörək sexlərinə də şamil edilsəydi pis olmazdı. Az qala hər gün gündəlik istifadə etdiymiz çörəkdən taxta ,metal, sap, hətta tarakan kimi biolji varlıqların çıxdığının şahidi oluruq. Ekspertlər bu cür halları sexlərin natəmizliyi, çörəkbişirmə zavodlarının yüksək texnoloji avdanlıqlarla təchiz olunmaması, eləcə də işçilərin sanitar gigiyenik qaydları gözləməməsi ilə əsaslandırırlar. “Baton Bakı Sadə” adı ilə istehsal edilən çörəyin içindən çıxan taxta paytaxt sakini Süleyman Baxışov kimi Respublika Gigiyena və Epidemialogiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayevin də narazılığına səbəb olub. O bu cür alıcıları aldığı keyfiyyətsiz məhsulla bərabər aidiyyatı qurumlara şikayət etməməkdə qınadı və bildirdi ki əgər vaxtında müraciət olunsa qida sahəsində xoşagəlməz bu kimi halların qarşısı alınmış olar.

İmran Abdullayev kiçik sexlərin çoxunun kustar üsulla işlədiyindən və avtomatlaşdırılma olmadığından belə halların baş verdiyini deyir.

Standartlaşdırma Metralogiya və Patent üzrə Dövlət Komitəsi isə bəzən ayrı-ayrı şəxslərin hər hansı bir sex ya da ki dükana qarşı şəxsi narazılığını bu cür yolla ictimailəşdirdiyini deyir. Əslində isə araşdırdıqda həmin məhsulda heç bir ciddi nöqsan aşkarlanmır. Ona görə də Komitənin Nəzarət Xidməti şöbəsi həmin vətəndaşı aldığı çörəklə bərabər idarəyə dəvət edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.