Şok: Neftin qiyməti 20 dollara düşə bilər

14-01-2015, 13:24   


Neftin qiyməti son 20 ilin antirekordunu qıraraq 20 dollara qədər ucuzlaşa bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə “Tayms” qəzeti çıxış edib.

Qəzet bunun 2015-ci ilin iyununda reallaşa biləcəyini yazıb. Həmçinin “Qoldman Saş” bankının proqnozuna diqqət yetirən “Tayms” Brent markalı neftin 2015-ci ildə 50,4, 2016-cı ildə isə 70 dollara çatacağını bildirib. Bank həmçinin VTI markalı neftin 2015-ci ildə 47,1, 2016-cı ildə isə 65 dollar olacağını deyib.

Qeyd edək ki, bundan öncə “Amerika Meril Linç” bankı yaydığı proqnozda neftin 40 dollara düşəcəyini bildirmişdi. Analitiklər isə belə olan halda ya Səudiyyə Ərəbistanının, ya da OPEK-ə daxil olmayan ölkələrin hasilatı azaldacağı ilə bağlı çıxış etmişdilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.