Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sabah 13 dərəcə isti olacaq

14-01-2015, 13:28   
Sabah 13 dərəcə isti olacaq
Lənkəran-Astara ərazisində isə yağış yağacağı ehtimal olunur
Sabah Bakıda hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman və çiskin olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Temperaturun gecə 2-5, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 15-də rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin Lənkəran-Astara ərazisində yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Temperatur aran rayonlarında gecə 0-5, gündüz 13-17 dərəcə isti, dağlıq rayonlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar