Elşad Miri Hacı Şahini savadsız adlandırdı

6-05-2014, 14:51   
Elşad Miri Hacı Şahini savadsız adlandırdı
“İlahiyyat təhsili olmayan biri öz fikirlərini millətə sırıyanda belə olacaq da, bundan artıq heç nə gözləmək olmaz”. Bu sözləri ilahiyyatçı Elşad Miri Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahinin bu gün yayılan videosunda səsləndirdiyi “şəriət kişinin cinsini dəyişməsinə icazə verir” fikrinə münasibət bildirərkən deyib. İlahiyyatçı Hacı Şahinin bu sözlərini absurd adlandırıb: “Fikirləşin, insanın yaradılışına, kişiliyinə, mənliyinə uyğun olmayan bir şey İslamda necə ola bilər? Bu, elə bir absurd biabırçılıqdır ki, başqa söz demək olmur. İslamda bir qayda var, əgər bir kəs nəyinsə halallığına girirsə, o, sübut etməlidir. Bu gün bu adam belə bir fikir irəli sürübsə, bunu sübut etməli idi”. Qeyd edək ki, Hacı Şahin Həsənli kişilərin cinsiyyətini dəyişməsi ilə bağlı ilginc çıxış edib. Bu çıxış dini təriqətlər arasında narazılığa səbəb olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.