Moskvada yük maşınının sürücüsünə silahlı hücumda şübhəli bilinən 35 yaşlı Azərbaycan və 40 yaşlı Ermənistan vətəndaşı saxlanılıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Xəbərdə deyilir ki, azərbaycanlı ilə erməni birləşərək ukraynalı sürücüyə hücüm edib:
"2014-cü ilin noyabrın 11-də şübhəli şəxslər M4 "Don" avtomobil yolunun 39-cu kilometrində 32 yaşlı Ukrayna sakininin idarə etdiyi yük maşınını dayandıraraq tapançayla və bıçaqla hədələyərək ondan 2,5 milyon rubldan çox məbləği oğurlayıblar".
Fakt üzrə Cinayət Məcəlləsinin 162-ci (böyük ölçüdə soyğun) maddəsi ilə cinayət işi açılıb.
“Dostların” cinayəti sübüt olunsa, onları 15 ilə qədər həbs gözləyir.