ABŞ 3 günə Rusiyaya qarşı qərarını verəcək

10-02-2015, 00:55   
ABŞ 3 günə Rusiyaya qarşı qərarını verəcək
ABŞ ilk 3 gün ərzində Ukraynaya ölümcül silahların göndərilib-göndərilməyəcəyi barədə qərar verəcək.

Axar.az xəbər verir ki, bu barədə müsahibəsində Ukraynanın sabiq xarici işlər naziri Boris Tarasyuk bildirib.
Tarasyuk Ukraynaya ölümcül silahların Merkel, Poroşenko, Putin və Olland arasında keçiriləcək görüşdən sonra verilib-verilməyəcəyinin məlum olacağını qeyd edib.

Münhendə keçirilən Təhlükəsizlik Konfransından danışan Tarasyuk belə görüşlərdə problemlərin həll edilmədiyini, yalnız müzakirələr aparıldığını vurğulayıb:

“Avropa Birliyi və Vaşinqton Ukraynaya qarşı Rusiya təcavüzündən narahatdır. Onlar bu problemin həllini axtarırlar. Ancaq son nəticə onlardan asılı deyil. Təəssüf ki, Moskva öz ssenarilərini ortaya qoyur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar