Türkiyənin Kanal A televiziyasının “A siyasi” proqramında məşhur müğənni İbrahim Tatlısəslə bağlı müdhiş iddia səsləndirilib. Axar.az xəbər verir ki, iddia sahibi Süleyman Özişığa görə, məşhur müğənni güllələnməsəydi, Zəkəriyyə Öz tərəfindən PKK-ya yardım etməkdə günahlandırılaraq həbs ediləcəkmiş. Süleyman Özişıq canlı verilişdə İbrahim Tatlısəs haqqında indiyə qədər heç kimə məlum olmayan iddialardan danışıb: “Bir müddət əvvəl camaatdan ayrılan, camaata arxasını çevirən bir qardaşla görüşdük. Mənə dəhşətli məlumatlar verdi”. O sözlərinə belə davam edib: “İbrahim Tatlısəs vurulan gecə Zəkəriyyə Öz camaatdan (fətullahçılardan – red.) olan bəzi adamlarla oturubmuş və İbrahimin haqqında təhqirə bərabər sözlər deyib. Süleyman Özişığa görə, Zəkəriyyə Öz İbrahim haqqında “Vurulmsaydı, PKK-ya yardım etməkdə günahlandırıb iki gün sonra nəzarətə götürəcəkdik. Canını qurtardı”, - kimi sözlər səsləndirib”. Xatırladaq ki, Zəkəriyyə Öz İstanbul baş prokurorunun müavini olub. O vəzifəsindən bu ilin yanvar ayında azad edilib.