Nəsimi rayonunda özbaşınalıq: Haqqını tələb edən qadın döyüldü-VİDEO

11-02-2015, 15:26   


Nəsimi rayonu, Maqsud Əlizadə küçəsi, ev 8 ünvanında yaşayan Pəri Bayramova evinin bünövrəsi üzərindəki başqa bir tikilinin ucaldılmasına etiraz etsə də, cəhdləri heç bir nəticə verməyib.
Problemini musavat.com-a danışan qadın deyir ki, 2009-cu ildə qonşusu olan Qəzənfər Sarıyev MİS rəisi və İcra hakimiyyəti ilə “dil taparaq”, onları evinin ikinci mərtəbəsini ucaltmağa razı salıb və bünövrəsini də onun evi üzərində qaldırıblar: “Nə qədər mane olsam da Qəzənfər Sarıyev müxtəlif üsullardan, icra hakiminin və MİS rəisinin imkanlarından istifadə edərək, işləri davam etdirdi. İndi evim qəzalı vəziyyətdədir. Evin damı çökür. Ancaq heç bir dövlət qurumu şikayətlərimə cavab vermir”.
Müsahibim deyir ki, dəfələrlə 59 saylı MİS rəisi Ələsgər Rüstəmovun özbaşınalığı barədə şikayət etsəm də, Nəsimi rayon İcra Hakimiyyəti buna əhəmiyyət verməyib.
Qeyd edək ki, tikinti zamanı etirazını bildirən Pəri Rüstəmova dəfələrlə təzyiqlərə məruz qalıb, döyülüb və hətta kəllə-beyin travması alaraq, aylarla xəstəxanada müalicə olunub.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar