Atasını Suriyaya kabab yeməyə çağıran azərbaycanlı İŞİD-çi öldürüldü – VİDEO

11-02-2015, 15:31   
Atasını Suriyaya kabab yeməyə çağıran azərbaycanlı İŞİD-çi öldürüldü – VİDEO

Bir müddət əvvəl yaydığı videoda atasını Suriyaya dəvət edən azərbaycanlı İŞİD-çinin (“İslam dövləti” terrorçu qruplaşması) bu ölkədə gedən döyüşlərdə həlak olması barədə məlumat yayılıb.
Oxu.az-a daxil olan məlumatda bildirilir ki, əsl adı Dostəliyev Fariz Çingiz oğlu olan həmin şəxs Qaradağ rayonu Səngəçal qəsəbə sakinidir.
Əldə etdiyimiz məlumata görə, Fariz dünən, yəni fevralın 10-da gedən döyüşlərdə öldürülüb.
Mənbənin bildirdiyinə görə, İŞİD-ə qoşulmaq üçün bu ölkəyə gələn şəxslərdən onların telefonları alınır və döyüşlərdə öldürüldükləri təqdirdə, həmin telefondan ölən şəxsin ailəsinə bu barədə SMS-məlumat göndərilir və belə bir məlumat Farizin də ailəsinə daxil olub.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Farizin əmisi Elxanın sözlərinə görə, qəsəbədə gəncin ölümü barədə məlumatlar yayılsa da, bu, hələ dəqiq deyil:
“Belə söz var. Lakin hələ dəqiq bilinmir”, – deyə, Elxan Dostəliyev bildirib.
Onun sözlərinə görə, Fariz beş aydır ki, İŞİD-ə qoşulmaq üçün əvvəl Türkiyəyə, oradan isə Suriyaya keçib.
Elxan Dostəliyev həmçinin ailəsinin Farizin bu hərəkətini qəti şəkildə pislədiyini və onun İŞİD-ə qoşulmasının əleyhinə olduğunu da bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar