Polis Aslan Aslanovun evində əməliyyat keçirir?

11-02-2015, 20:47   
Polis Aslan Aslanovun evində əməliyyat keçirir?

Bu dəqiqələrdə “Lamiyə işi”ndə əsas fiqurant Aslan Aslanovun evi polis mühasirəsindədir. Kənd təsərrüfatı nazirnin sabiq müavininin Ayna Sultanova heykəli yaxınlığındakı evində qara maskalıların iştirakı ilə axtarış aparılır.

Bu haqda musavat.com adını açıqlamadığı şəxsə istinadla xəbər yayıb. Xəbərdə deyilir ki, A.Aslanovun villası qarşısından keçən yol bağlanıb. Hüquq-mühafizə orqanı əməkdaşları ərazidə aparılan tikinti işlərini də dayandırıblar.

Məlumatla əlaqədar DİN və Baş Prokurorluqla əlaqə saxladıq. DİN-dən hər hansı münasibət öyrənmək mümkün olmadı. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirdi ki, bu məsələ ilə bağlı mətbuat xidmətində hər hansı məlumat yoxdur.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar