ABŞ-ın böyük savaş planı

11-02-2015, 22:21   
ABŞ-ın böyük savaş planı
ABŞ prezidenti Barak Obama Konqresə müraciət ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, Obama Konqresdən tələb edir ki, İŞİD terrorçu qruplaşmasına qarşı ordudan istifadəyə icazə verilsin.

"Mən Konqresə İŞİD terrorçularının məhv edilməsi üçün hərtərəfli və uzunmüddətli strategiya planı göndərmişəm", - deyə Barak Obama bildirib.

Obamanın göndərdiyi sənəddə nəzərdə tutulub ki, İŞİD-ə qarşı ABŞ ordusu tərəfindən həyata keçiriləcək hərbi əməliyyatlar 3 il davam edəcək.

Konqresdə isə məsələ ilə bağlı fikir ayrılığı hökm sürür. Belə ki, demokratların böyük hissəsi hesab edir ki, sənəd qəbul edilsə Yaxın Şərqdə yeni müharibə başlayacaq. Respublikaçılar isə İŞİD-ə qarşı ordudan istifadəni dəstəkləyirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar