Ballistik raketlərin startına nəzarət edən «Oko-1» peyk sistemi sıradan çıxıb. Yeni aparatların isə 2015-ci ilin yayından tez olmayaraq işə salınacağı gözlənilir.
Vahid kosmik sistemin ilk peyki olan «Tundra» texniki cəhətdən hazır olmadığına görə təxirə salınıb. Məlumata görə, aparat raket hücumundan xəbərdarlıq sisteminin kosmik siqment aparatını əvəz etməli idi. Əvvəllər də tənqid olunan «Oko-1» peyklərinin hamısı tam sıradan çıxıb.
2014-cü ilin aprel ayında sonunda geostasionar peyk 71X6 də sıradan çıxıb. Orbitdə qalan iki 73D6 peyki isə sutkada bir neçə saat işləyirdi. 2007-2008-ci illərdə işə salınan aparatlar tamamilə köhnəlmişdi. 2015-ci ilin əvvəlinə isə onlar da sıradan çıxdı.
azadlıq.info