"Əgər Ukraynaya xaricdən silahların göndərilməsi prosesi başlayacaqsa, bu silahlı konflikt Rusiyanın diz çökməsi riskini artıracaq". Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov bildirib. "Ukraynaya silahların çatdırılması Avropa ölkələri üçün mənfi addımdır. Onlar atəşin üzərinə yağ tökürlər. Rusiyanın da buna cavab verməsi təhlükəni böyüdür. Ukraynanın silahlandırılması üçün Avropa ölkələri çağırışlar edirlər" - deyə Çijov qeyd edib.