Rusiya: “Minskdə Avropanın taleyi həll olunur”

12-02-2015, 00:49   
Rusiya: “Minskdə Avropanın taleyi həll olunur”
“Minskdə təkcə Ukraynanın yox, həm də bütün Avropada bundan sonra hökm sürəcək sabitliyin taleyi müəyyən olunur”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov öz “Tvitter” hesabında çıxış edib. O, Minskin görüşünün Avropaya sülh üçün verilmiş növbəti şans olduğunu bildirib. Qeyd edək ki, hazırda Minskdə Rusiya, Fransa, Almaniya və Ukrayna prezidentlərinin iştirakı ilə Ukrayna konfliktinin həlli məsələsi müzakirə edilir. Bəzi analitiklər məhz bu gün Ukrayna konflikti ilə bağlı yekun nəticənin əldə olunacağını bildirirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar