Azərbaycan qadını da soyunub etiraz edərmi?

12-02-2015, 16:51   
Azərbaycan qadını da soyunub etiraz edərmi?
“Azərbaycan qadını etiraz əlaməti kimi intihar edə, özünü yandıra, dağdan ata bilər, ancaq hələ bir əsr keçsə də belə bir hərəkətə yol verməz”
Son illərin ən maraqlı aksiya növlərindən biri, bəlkə də elə birincisi qadınların keçirdiyi çılpaq etrazlardır. Artıq Qərblə yanaşı Şərq qadınları da bu etiraza qoşulur.

Soyunaraq etiraz edən azərbaycan əsilli qadın

Soyunan Şərq qadınlarının siyahısına bu günlərdə biri də əlavə olundu, özü də Azərbaycan əsilli bir xanım. Belə ki, bir neçə gün bundan əvvəl İrandan qovulmuş Azərbaycan əsilli, Hollivud aktrisası Gülşiftə Fərahani Tehran rəhbərliyinə etraz edərək soyundu. O, Fransanın məşhur “Egoiste” jurnalının üz qabığı üçün çılpaq çəkdirdi.
“Fransa məni azad etdi. Paris dünyada qadınların özlərini günahkar hiss etmədikləri yeganə yerdir. Şərqdə siz hər zaman günahkarsınız. İlk seksual impulslarınızı hiss edən kimi”-deyə 31 yaşlı Fərahani bildirib. Gülşiftə Fərahani əslən Cənubi Azərbaycanın Həmədan vilayətindən olan Azərbaycan türküdür. Onun atası Behzad Fərahani və bacısı Şəqayiq Fərahani da kino və televiziya oyunçularıdır.
Xartıladaq ki, bir çox kino mükafatlarının qalibi olan Gülşiftə Fərahani 2009-cu ildə fransız aktyiorları ilə birlikdə “Cesar Awards” üçün hazırlanan videoya yarıçılpaq çəkildikdən sonra İranın İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən vətəninə qayıda biməyəcəyi barədə xəbərdarlıq edilib. Nazirliyin xəbərdarlığında “İran dövlətinin sizin kimi aktyor və aktrisalara ehtiyacı yoxdur, gedin sənətinizi başqa yerlərdə davam etdirin”-deyə bildirilib. O, 2007-ci ildə amerikalı məşhur aktoyr Leonardo Di Kaprio ilə çəkildiyi “Bir ovuc yalan” ("Body of Lies") filmində başını örtmədiyi üçün İran hökumətinin təzyiqləri ilə üzləşib və Fransanın "Madame Le Figaro" jurnalında çılpaq şəkillərini dərc etdirdiyi üçün İranda arzuolunmaz şəxs elan olunub. Gülşiftə çoxsaylı təzyiqlərə etiraz olaraq Fransaya köçüb.
Bu cür etirazlara qoşulan müsəlman qadınlardan biri də Misirdə yaşayan 20 yaşlı Aliyədir. Tələbə qız lüt soyunub, yalnız ayaqlarına corab geyinərəq şəkil çəkdirib sonra da fotoları şəxsi bloqunda yerləşdirmişdi. Aliyə Məqda əl Məhdi bloqunda “yalnız corabda şəkillər çəkdirməklə cəmiyyətimizdəki irqçilik, seksizm, cinsi zəmində təcavüzlər, yalanlar, saxtakarlıq və yaltaqlığa etiraz edirəm” deyə yazmışdı. Gənc qızın lüt şəkilləri internetdə yayılan kimi Misirdə böyük qalmaqal yarandı. Ölkədəki liberal siyasətçilər bu insidentin ötən il noyabrın 28-də keçirilən parlament seçkiləri ərəfəsində mühafizəkar, mömin misirlilərin liberal siyasi partiyalara olan antipatiyasının artacağınıdan narahat idilər. Təkcə ölkədə deyil, Qərbli ekspertlər də qızın hərəkətini “axmaq cəsarət” kimi qiymətləndirdi. Küçələrə çıxan minlərlə misirli, mətbuat və media nümayəndələri Aliyəni “fahişə” adlandırdılar.

Dünyaya səs salan “Femen” təşkilatı

Lüt soyunaraq etiraz edənlər içində daha çox adı çəkilən Ukraynada qadın hüquqlarını müdafiə edən “Femen” təşkilatının üzvləridir. “Femen” üzvləri gah Moskvada Davosda, gah da Vatikanda lüt soyunaraq etirazlarını bildirirlər.
Adı çəkilən qadın təşkilatının bir üzvü 2011-ci ilin noyabrında Roma Papası Vatikandakı Piter Meydanında ayin oxuyub bitirdikdən sonra soyundu. Lüt halda “Qadınlara azadlıq” plakatı tutan gənc qadın bununla da qadınlara qarşı ayrı-seçkiliyə etiraz etdi.
2012-ci ildə Rusiyada keçirilən prezident seçkiləri bu qadınların sayəsində uzun müddət xatirələrdə qaldı. Moskvada Putinin səs verəcəyi məntəqədə feminist qadınlar qəfildən çılpaq formada peyda oldular. Onlar Putin əleyhinə şüralar səsləndirib baş naziri “səsoğurlamaq”da ittiham edərək sinələrinə Putin üçün səs oğurlayıram” yazmışdırlar.
Həmin ilin yanvarında “Femen” qrupu Davosda da qalmaqal yaratmışdı. Qızlar soyunaraq İsveçrədə keçirilən Davos İqtisadi Forumuna etiraz edərək üzərlərində böhranı pisləyəcək şüarlar yazdılar. Polsin müdaxiləsi nəticəsində etirazın qarşısı alınsa da, qızlar insanların diqqətini cəlb edə bildilər.
Bəs görəsən, ölkəmizdə bu barədə vəziyyət necədir? Qadınların lüt soyunaraq etiraz keçirməsi mümkün və gözləniləndirmi?
Bəzən sosioloqlar bu cür etirazı anomaliya adlnadırır və cəmiyyətdə yaranmış gərginliyin nəticəsi kimi qiymətləndirirlər. Onların fikrincə etirazları çılpaq etdikdə daha çox diqqət cəlb etdiyindən qadınlar bu yola əl atır. Hətta xeyli pul qarşlığında soyunduqları da iddia edilir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu cür etrazın əleyhinə olduğunu dedi:
“Etirazın çox müxtəlif formaları var və soyunaraq etiraz etməyi düzgün hesab etmirəm. Kimisə təkrarlamaq, təqlid etmək müasir metod seçmək anlamına gəlmir”.
“Azərbaycan qadını bu barədə cəsarətsizdirmi?” sualımıza təşkilat sədri bu cür cavab verdi:
“Azərbaycan qadını deyərdim ki, dünyada ən cəsarətli və güclü qadındır. Lakin soyunaraq etiraz etməni heç vaxt cəsarət kimi qəbul etməmişəm. Yeni yanaşmalar tapıb etiraz etmək mümkündür, nəinki bu formada. Yəni, soyunmadan da etiraz etmək olar... Ola bilsin ki, belə bir hadisə baş verərsə kimlərsə bu etirazı dəstəkləyib həmin qadınları qəhrəman adlnadıracaqlar, amma sual verirəm-qəhrəmanlıq budurmu?! Azərbaycan qadını etiraz əlaməti kimi intihar edə, özünü yandıra, dağdan ata bilər, ancaq inanmıram soyunub etiraz etsin. Azərbaycan qadını hələ bir əsr keçsə də belə bir hərəkətə yol verməz, bu mənim fikrimdir. Buna görə düşüncələri, milli şüuru xeyli müddət dəyişmək lazımdır ki, belə bir hal baş versin. Azərbaycan qadını öz müdrikliyi, toleriantlığı, sülhsevərliyi ilə problemləri həll etmək iqtidarındadır”.

Azərbaycandakı Feminist təşkilatı bağlanıldı

Qeyd edək ki, iki il bundan öncə Azərbaycanda da “Feminist Qadınlar Hərəkatı” İctimai Birliyi təsis olundu. Təşkilatın yaradılmasında məqsəd qadın hüquqlarının qorunması sahəsində bütün ölkəni əhatə edəcək bir təşkilat kimi fəaliyyət göstərmək olduğu bildirilirdi. Lakin təşkilatın təsisçilərindən olan Asima Nəsirli “Yeni Müsavat” a açıqlmasında bildirib ki, təşkilat artıq öz fəaliyyətini dayandırıb:
“Mən başqa sahədə çalışıram. Təşkilatın digər həmtəsisçisi Sevinc Məmmədova isə hal-hazırda Almaniyada yaşayır”.
musavat.com/
Xalidə Gəray
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar