Ermənilər bir bunu etməmişdi

12-02-2015, 22:22   
Ermənilər bir bunu etməmişdi
"Eurovision-2015" mahnı müsabiqəsində yeni təxribata hazırlaşır
Ermənistan Vyanada keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsində qondarma erməni soyqırımı ilə bağlı mahnı təqdim edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı yazır.

Bildirilir ki, müsabiqədə Ermənistanda və 5 qitədə yaşayan erməni müğənnisi qondarma erməni soyqırımından bəhs edən "İnkar etməyin" (Don՛t Deny) mahnsını ifa edəcəklər.

Qeyd edək ki, "Eurovision - 2015" mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada "Körpülər salmaqla" şüarı altında keçiriləcək. Bu deviz Avropanı simvolizə edir. Belə ki, təşkilatçılar bildirirlər ki, "Eurovision" bütün Avropa ölkələrinin mədəniyyətini və dilini birləşdirir.

Bu il müsabiqədə 39 ölkə iştirak edəcək.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar