Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya kansleri Angela Merkelin Minskdəki görüşdə Putinlə bağlı səsləndirdiyi fikirləri təsdiq edib. Axar.az xəbər verir ki, Peskov həqiqətən qondarma Donetsk Respublikası lideri Aleksandr Zaxarçenkonun səsləndirdiyi fikirlərə Putinin təsir etdiyini bildirib. Peskov Ukrayna Prezidenti Pyotr Poroşenkonun Putinin müxtəlif növ ultimatum verməsi barədə dediklərini isə təkzib edib: "Danışıqlar sərt və çox emosional keçirdi. Putin tez-tez Zaxarçenko ilə fikir mübadiləsi aparırdı, o isə atəşkəs razılaşmasından imtina edirdi".