Davutoğlu: "İrəvanda belə bir addım atsa Türkiyən Ermənistanı uçurdar"
"Ermənistan Qarabağdakı tək bir rayondan çəkilsə belə sərhəddi aça bilərdik. Olmadı".
ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. O, ötən gün ölkədəki qeyri-müsəlman etniklərin liderləri ilə görüşüb. Görüşdən sonra şam 4 saat davam edib və bu müddətdə nazir bəzi məsələlərə aydınlıq gətirib.
Sərhədlərin açılması məsələsinə gəldikdə isə Davutoğlu deyib ki, Erbil Bağdatdan daha zəngindir. Çünki Türkiyə ilə birbaşa iqtisadi əlaqələri var. "İrəvanda belə bir addım atsa Türkiyəni Ermənistanı uçurdar. Yunanistan və Ermənistan bəzən "Türkiyə güçsüz bir vəziyyətə düşdüyü zaman bizim dediklərimizi qəbul edəcək" gözləntisi içərisindədir. Amma görürlər ki, Türkiyə onların gözlədiyi vəziyyətə düşmür, düşməyəcəkdə".
Nazir bildirib ki, Türkiyə Ermənitsan münasibətlərindən, qondarma soyqırımın 100 illiyindən danışıb.
"Ermənilərin yaşadığı ağrını hiss edirik. Biz erməni diasporasını da düşmən gözü ilə görmürük".
Nazir ermənilərin Çanaqqala savaşının 100 illiyi ilə bağlı tədbirə dəvət edilməsinə də aydınlıq gətirib. O, deyib ki, Türkiyə bunu martın 18-də anıb. Amma qarşı tərəf bunu 24 martda anırdı. "Biz 100-cü ili birlikdə anmaü üçün bu tarixi seçdik".
Mənbə
ANS PRESS