Tayvanda qəribə hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, ata sükana bağlanmış körpəylə maşını idarə edib. 39 yaşlı Yen Lyao körpəni sükana bağlayıb və avtomobili bu cür sürməyə başlayıb.
Körpənin valideynləri isə bu vəziyyətə baxıb əyləniblər. Videonu körpənin anası, 34 yaşlı Sya Lunq çəkib. Cütlük həmin görüntüləri daha sonra sosial şəbəkəyə yükləyiblər.
Ancaq sosial şəbəkə istifadəçilər bu hərəkətinə görə, valideynləri sərt tənqid ediblər. Tayvanlılar valideynlər barəsində hətta hökumətə şikayət də ediblər. Bəzi vətəndaşlar isə hesab edir ki, valideynlərin hərəkətlərində heç bir qəbahət yoxdur.
Mübahisələrə səbəb olan görüntüləri sizə təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=VIteZVqXWRA]