Azərbaycanın "Uçan saray"ından fotolar

13-02-2015, 13:24   

Azərbaycan Hava Yollarına məxsus təyyarə türkləri heyran etdi
Azərbaycan Hava Yollarına aid "Boeing 787" tipli Dreamliner təyyarəsinin fotoları yayımlanıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Atatürk Havalımanına ilk dəfə eniş edən təyyarənin içərisi xüsusi dizaynı ilə diqqət çəkir.

Nəhəng təyyarə Azərbaycan Hava Yollarına 23 dekabr 2014 tarixində qatılıb. Hazırda AZAL-ın belə 2 təyyarəsi var. Bu hava gəmiləri öz nəslindən geniş olması ilə fərqlənir.

Gövdəsi xüsusi materialdan hazırlanmış təyyarənin içərisində iki dəhliz var. "Boeing 787" inkişaf etmiş aerodinamik quruluşu və sahib olduğu yeni texnologiyalarla diqqət çəkir.

Təyyarənin yanacaq sərfiyyatı çox aşağıdır və bu da xərclərə qənaət etməyə imkan verir.








Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar