“Feodallaşan icra başçıları”na dair tədbir keçirələcək

13-02-2015, 13:42   
“Feodallaşan icra başçıları”na dair tədbir keçirələcək
Rayonların icra hakimiyyəti başçılarının fəaliyyətinə dair monitorinq aparan Milli Fikir Mərkəzi həmin monitorinqin nəticələrini açıqlamaq və məsələni ictimai müzakirəyə çıxarmaq məqsədi ilə “Dövlətə təhlükə: Feodallaşan icra başçıları” adlı tədbir təşkil edir.

Tədbirlə bağlı açıqlama verən mərkəz sədri Şəhriyar Məcidzadə bildirib ki, Şəmkir rayonunun sabiq İH başçısı Aslan Aslanov əslində rayonlarda özbaşınalıq edən bəzi icra başçılarının tipik bir ədəbi obrazıdır: "Mənim fikrimcə, bu məsələnin ictimai müzakirəsi paytaxtdan kənar olmasından istifadə edən yerli məmurların dövlət idarə etməsini iflic hala salmasının qarşısını alacaq. Biz unitar dövlətik, bunun üçün də bu tip məmurlar özlərində məhsuliyyət hiss etməlidirlər. Milli Fikir Mərkəzinin ciddi mətbuatdan apardığı monitorinqin nəticələrini müzakirə edəcəyik".
Tədbir 15 fevral tarixində, saat 14:30-da Ümid Partiyasının qərargahında yerləşən akt zalında təşkil olunacaq. Bütün media mənsubları tədbirə dəvətlidir.
musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar