Xəbər verildiyi kimi, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə məhkum Lamiyə Quliyevanın işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
"Yeni Müsavat"ın reportyorlarının verdiyi məlumata görə, L.Quliyeva məhkəmə binasına körpəsi ilə birlikdə gətirilib. Onun işinə məhkəmə binasındakı ən böyük salonda baxılıb.
L.Quliyevanın vəkili müvəkkili barəsindəki həs qətimkanın tədbirinin dəyişdirilməsi, məhkəmə müddətində ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Acaq hakim vəsatəti təmin etməyib və məhkəməni fevralın 20-nə təyin edib.
Xatırladaq ki, Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cü ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan məhkəmə hökmünün ağırlığına görə apellyasiya protesti və müddətinin bərpa olunması üçün vəsatət verib.