Haqqın.az saytı yazır ki, uşağın atası Lamiyə Quliyevaya öz spermasını göndərib
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirlənidirilib azadlıqdan məhrum edilən Lamiyə Quliyevanın həbsxanada nikahdankənar dünyaya gətirdiyi övladının atasının adı açıqlanıb.
Lent.az-ın xəbərinə görə, adı haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev öz yazısında açıqlayıb.
Müəllif yazıb ki, bu, 1984-cü ildə Ağsuda anadan olmuş Rəsulov Elnur Məmmədrəsul oğludur. Onun özü də şübhəli şəxs qismində istintaq təcridxanasında saxlanılıb.
Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri sübut edib.
Qeyd edək ki, bir neçə gün öncə Ədliyyə Nazirliyi Penitensiar Xidməti Lamiyə Quliyevanın uşağının atası ilə bağlı DNT analizinin nəticələrinin məlum olduğunu və prokurorluğa təqdim edildiyini açıqlamışdı.
Məlumata görə, Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin, o, Lamiyə Quliyeva ilə kamerada görüşmədiyini deyib. Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini (sperma) yollayıb.
Musavat.com xəbər verir ki, Rəsulov Elnur Məmmədrəsul oğlu Cinayət Məcəlləsinin 204.2-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilib. 2014-cü ilin sonlarında Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə onun apellyasiya şikayətinə baxılıb.