Bakı Apellyasiya Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində ittiham edilərək həbsdə olan Lamiyə Quliyevanın məhkəməsinin ilkin baxış iclası olub.
ANS PRESS-in məlumatına görə, Lamiyə Quliyevanın apelyasiya məhkəməsi fevralın 20-nə təxirə salınıb.
Hakim Qədim Babayevin sədrliyi ilə Lamiyə Quliyevaya oxunan hökmdən Baş Prokurorluğun verdiyi protestə baxılıb.
Qeyd edək ki, Lamiyə Quliyeva məhkəmə zalına uşaqla birgə gətirilib. Məhkəmədə onun anası, yaxınları iştirak edib.
L.Quliyeva prosesdə çıxış edərək uşağımı azadlıqda böyütmək istədiyini deyib. "Peşmanam. Cinayəti nahaqdan törətməmişəm, səbəb vardı. Xahiş edirəm, heç kim məni qınamasın. Mən artıq yorulmuşam". Gənc qadın günahsız olduğunu deyərək azadlığa buraxılmasını xahiş edib.
Məhkəmənin baxış iclasından sonra jurnalistlərə açıqlama verən L.Quliyevanın anası Kifayət Quliyevada qızının günahsız olduğunu, məhkəmənin ədalətinə inandığını deyib.
Foto: Apa