Lamiyə işində şok: Aslanovla hakim anlaşıb? – ÖZƏL

13-02-2015, 14:39   

Xəbər verdiyimiz kimi, Bakı Apelyasiya Məhkəməsində Lamiyə Quliyevanı azadlığa buraxmayıb.

İş üzrə məhkəməyə hazırlıq iclası keçirilib və hakim Qədim Babayevin sədrliyi ilə qalmaqallı məhkumun prosesinə baxılıb. L.Quliyevanın vəkili müvəkkili barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə müddətində ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Lakin onun bu vəsatəti təmin edilməyib.
Tia.az-ın əldə etdiyi məlumata görə, Şəmkirin keçmiş başçısı Aslan Aslanov oğlunu öldürən Lamiyənin azadlığa çıxmasına mane olmaq üçün bütün resurslarını səfərbər edib. İddialara görə, onun işə baxan hakimlə də görüşdüyü və razılaşdığı mümkündür. Ancaq sonrakı məhkəmə prosesində Lamiyə ilə bağlı işin ən yerdə olduğu müəyyən olunacaq. Mənbə deyir ki, Aslanov var gücü ilə çalışır ki, oğlunun qatili azadlığa çıxmasın.
Qeyd edk ki, L.Quliyeva məhkəmə binasına körpəsi ilə birlikdə gətirilib.
Məhkəmədə Lamiyə Quliyevanın anası Kifayət Quliyeva da iştirak edib. Mediaya açıqlama verən K.Quliyeva məhkəmədən ədalətli qərar gözlədiyini və hazırda özünü pis hiss etdiyini deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar