“Rusiya Avropaya verdiyi qazın qiymətini 35% azaltmaq niyyətindədir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Aleksey Vedev çıxış edib.
O, “Qazprom”un post-sovet ölkələrindən kənara satdığı qazın 222 dollara düşəcəyini bildirib.
Qeyd edək ki, Rusiya bundan öncə Avropaya ötürdüyü qazın qiymətini 11,4% aşağı endirmişdi.