16:51
Bu gün dünya bazarında neftin qiyməti qalxmaqda davam edərək psixoloji həddi aşıb.
Axar.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 6,8% bahalaşaraq 60,23 dollar olub.
Dünya bazarında VTI (West Texas Intermediate) markalı xam neftin bir barrelinin qiyməti isə 1,37% bahalaşaraq 51,91 dollar təşkil edib.
Ekspertlərin fikrinə görə, neftin qiymətinin qalxmasına səbəb Minskdə Ukrayna böhranının nizamlanmasına dair razılaşmanın əldə edilməsidir.
***
Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb.
Bu dəqiqəyə olan məlumata görə, “Brent” markalı neftin 1 barreli 61.19 dollara qalxıb. Yüngül neft isə 52.51 dollar olub.