Qorxmaz Hüseynov hansı maaşla qəsr tikdirib? - FOTO

13-02-2015, 18:05   
Belə mülklərdə çox zaman yaşayış da olmur
Qorxmaz Hüseynov hansı maaşla qəsr tikdirib? - FOTO
Bəzi yüksək rütbəli məmurların tamahına sipər çəkməsi deyəsən mümkünsüzləşib. Bu problemdən ilk növbədə əziyyət çəkənlər təbii ki, orta vəziyyətdə yaşayan geniş əhali təbəqəsidir. Lakin uzun illər vəzifə kreslosuna söykənərək oliqarxlaşmış vəzifəli məmurlar da artıq narahat olmağa başlayıblar. Onlardan öz varidatının müəyyən hissəsini xarici ölkələrə transfer edənlər də az deyil. Lakin bu qədər sərvətin xeyli hissəsi yenə ölkədə qalır. Ölü kapital adlandırıla biləcək sərvəti Azərbaycan mühitində də diriltmək imkanının geniş olması belə məmurları hərəkətə keçirib. Bu baxımdan daha çox kommersant adlandırılmağa layiq nazirlər, icra başçıları, digər rütbəli məmurlar xeyli fəallaşıb. Onu da deyək ki, Azərbaycanda məmurlar ümumi maraqlar əsasında kollektivləşmə mərhələsini daha operativ adlaya bilib. Uzun illərin görünən və görünməyən işbirliyi sonradan sıcaq qohumluq telləri ilə daha da sıx təkmilləşərək komplektləşib.. Aza qane olmayanların insafını o vaxtlar Allah hələ deyəsən kəsməmişdi. Lakin sonradan zaman dəyişdikcə tələb və təkliflərin də məzmununda məcburi və effektli sürüşmələr edildi. Məmurlar isə bu sürüşmələri öz mənafelərinə uyğunlaşdıra bildilər.Paytaxtda və ölkənin bir sıra bölgələrində obyektlər, villa və mülklər tikdirən görün nə qədər məmur var. Hərəsinin də bir proyekti. Yaxşı ki, bunları zaman-zaman xaricə təcrübə toplamağa göndərirlər. Qayıdanda isə bu məmurlar xarici ölkələrdə gördükləri bahalı layihələri Bakıda gerçəkləşdirir. İnanmırsınızsa, bir gün vertolyota minib paytaxtın ətraf kəndlərini seyrə çıxın. Gördüyünüz mənzərə sizləri heyrətə salacaq. Öz villalarını qohum-əqrəbasının, yaxın dost-tanışının, hətta vasitəçi əli ilə bir kimsənin adına sənədləşdirmiş məmurlar çoxdur. Di gəl, hansınınsa birinin adını çəkmək olmur hələlik. Belə mülklərdə çox zaman yaşayış da olmur. Lakin xidmət personalı öz işindədir. Hər halda villaların sirri tez açılır. Elə Azerbaycaninfo.com-a ünvanlanan məktublar da bu qəbildəndir. “Azərsu”ASC-nin sədri Qorxmaz Hüseynova məxsus olduğu bildirilən villanın(qəsrin) dəyərinin 10 milyon manat dəyərində oluğu da verilən məlumatlar sırasındadır. Qanunlar da korrupsiyanın qarşısını alır. Baxın görün kimlərdi korrupsiya ilə məşğul olanlar. Məmur camaatın gözünün qarşısında, şəhərin ortasında özünə 50 milyon manat dəyərində olan villa tikirsə və bu villa onun on villasından biridirsə və Prezidentin xəbərdarlığına məhəl qoymursa onda….
Qorxmaz Hüseynov hansı maaşla qəsr tikdirib?-FOTO
Ola da bilər ki, bu villaları vəzifəli şəxslərin özləri yox, başqa şəxslər tikdiriblər. Bu, hansısa təsadüfi imkansız adam da, adlarını hallandırdığımız şəxslərin yaxın qohumları da ola bilər. Amma fakt budur ki, yaxınlıqda yaşayan qonşular ev sahibi kimi yalnız həmin vəzifəli şəxsi tanıyırlar. Tanıyır və son on ildə orta aylıq əmək haqqı 600-1000 manatdan artıq olmayan hər hansı bir məmurun özünə dəbdəbəli həyat tərzi qurduğunu görəndə içərisində ona qarşı kin yaranır. Hər halda, xalq öz xidmətçilərinin hansı yolla varlandığını bilməkdə maraqlı və haqlıdır. İctimaiyyətə “Azərsu” şefinin sahib olduğu əmlakların və mülklərin siyahısını təqdim edəcəyik.
Ardı var. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//tia.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar