Lamiyə telekanala müsahibə verdi: "Məndən "siyasi silah" kimi istifadə edirlər" - VİDEO

13-02-2015, 21:58   
Lamiyə telekanala müsahibə verdi: "Məndən "siyasi silah" kimi istifadə edirlər" - VİDEO
"İstərdim ki, övladım azadlıqda olsun"

Son vaxtlar ölkə mediasının və ictimayyətin diqqətini özünə cəlb edən həbsxanada uşaq dünyaya gətirən Lamiyə Quliyeva ANS TV-yə açıqlama verib.

Bu gün isə Bakı Apellyasiya məhkəməsində Lamiyə Quliyeva barəsində prokurorluğun protestinə baxılıb.

Hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə Lamiyə Quliyevanin vəkili çıxış edib. Vəkil məhkum Lamiyə Quliyevanın barəsində seçilən həbs qəti-imkan tədbirinin dəyişdirilməsi və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatətlər qaldırıb. Məhkəmə isə bu vəsadətləri təmin etməyib.

ANS-ə danışan Lamiyə Quliyeva isə bir çox məsələlərə aydınlıq gətirib. Özündən "siyasi silah" kimi istifadə olunduğunu söyləyən məhbus qadın ANS-in xüsusi əməkdaşına gündəmi zəbt edən həbsxanada dünyaya gətirdiyi uşağından da söhbət açıb.

“Mən artıq anayam, övladım var. İstəməzdim ki, o da burada mənim kimi məhbus həyatı yaşasın. Artıq bir yaşında onun hər şeyi dərk edən bir vaxtı olacaq. O, hələ heç nə bilmir, hər şeydən xəbərsizdir. Körpəm 4 aylıqdır. İstərdim ki, o, hər şeyi dərk edən bir vaxtda azadlıqda olsun”, – deyə Lamiyə Quliyeva bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar