İŞİD yandırılan pilot haqda danışdı

13-02-2015, 23:12   
İŞİD yandırılan pilot haqda danışdı
"Pilotun yandırılması səlib bombardmanlarına bir cavab idi"
İŞİD terror qruplaşması yandıraraq öldürdüyü iordaniyalı pilota görə səslənən tənqidlərə cavab verib.

ANS PRESS-in məlumatına görə, qruplaşmanın internetdə yayılan "Dabık" adlı jurnalın son sayında "Charlie Hebdo"ya edilən hücumlarını qınayan müsəlmanları sərt bir şəkildə tənqid edib və onları dindən dönməklə ittiham edib.

"İkiüzlülükdən dindən dönməyə doğru" başlıqlı yazıda, "Je suis Charlie" (Mən Şarliyəm) pankart tutan iki müsəlmanın şəkli yer alıb.

Jurnalda "Müsəlmanlıqdan çıxan pilotun yandırılması" başlıqlı yazıda pilotun yandırılması xəbərlərinin ardından İordaniyanın Sacidə ər-Rışavi ilə Ziyad əl Kerbülinin edam etməsinə münasibət bildirilib. İŞİD hər iki şəxsin sərbəst buraxılması üçün əlindən gələn hər şeyi etdiyini deyib. Yazıda İordaniya hakimiyyəti şeytan adlandırılaraq onların öz sonunu tezləşdirdiyini bildirilib.

Qruplaşma özünə ünvanlanan "Quranda düşməninin cəsədinə belə zərər verərək öldürə bilməzsən" tipli tənqidlərə belə cavab verib: "Bu cür tənqidlərlə tanışıq. Bu Bəəs rejiminin ritorikasıdır. Özünü cihad tərəfdarı olaraq göstərənlər dinsiz kuklaların rəhbərliyində yaşamağa davam edirlər. Onlar kafirlərin rəhbərliyi altında yaşamağa davam edən, uduzmağı qəbul edən müsəlmanlardır və Allahın ucalığını hiss edən bu torpaqlara köçməyə niyyətləri yoxdur. Bu cür insanlar dini bulandırır. Bu insanlar Qərbə qarşı mübarizə edən "cihadçı"lara qarşı çıxırlar.

Qərb əməliyyatlarının bir hissəsi olan pilotun yandırılması pilotun icra etdiyi bombalama əməliyyatlarına cavab idi. Bu səlib bombardmanları hələ də saysız sayda müsəlmanı öldürür, onların canlı-canlı yandıraraq, dağıntı altında qalmalarına səbəb olur".
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar