Xanım hakim prezidentlə görüşə sərxoş qatıldı- Foto+Video
13-02-2015, 23:53
Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin üzvü Rut Beyder Qinzbur prezidentlə görüşə sərxoş gəldiyini etiraf edib.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, prezident Barak Obamanın da iştirak etdiyi, yanvarda keçirilən Konqresin hərilki hesabat mərasiminə alkoqol qəbul edərək qatılıb.
“Mən tam olaraq ayıq deyildim”-deyə hakim açıqlama verib. Onun sözlərinə görə, xanım Qinzbur kolleqası Entoni Kennedinin bayram yeməyi münasibətilə hədiyyə etdiyi şərabın ucbatından yuxuya gedirmiş.
Qeyd edək ki, 2014-cü ildə də analoji hal baş vermişdi. 81 yaşlı xanım hakim eyni mərasimdə şərabın “qurbanı” olmuşdu.