"Minsk razılaşmasını tanımırıq. Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir".
Bu sözləri Ukraynanın Sağ Sektor təşkilatının sədri Dmitri Yaroş deyib.
Millətçilərin lideri işğal altında olan torpaqların azad ediləcəyinə söz verib:
"Minsk razılaşmasının əleyhinəyik, biz bu razılaşmanı tanımırıq. Onlar heç bir hüquqi gücə malik deyil. Bu saziş Ukraynanın mövcud konstitusiyasına ziddir".
Qeyd edək ki, tərəflər Minsk razılaşmasına əsasən, Donetskə xüsusi status verilməsi ilə bağlı razılıq əldə etmişdilər. Atəşkəs elan edilmiş və bölgədə azad zona yaradılması qərarlaşdırılmışdı.(Axar.az)
Aktual.az