Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb. Axar.az Ermənistanın “Tert.am” saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı qondarma Dağlıq Qarabağ separatçılarının “Müdafiə Nazirliyi” yayıb. Məlumatda əsgər, 1995-ci il təvəllüdlü Osipyan Arman Sergeyiviçin ölümcül güllə yarası ilə həyatını itirdiyi bildirilsə də, hadisənin necə baş verdiyi açıqlanmayıb.