İranın ali dini lideri Ayətullah Xameneyi ABŞ Prezidenti Barak Obamaya gizli məktub göndərib. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Vol Strit” jurnalı öz mənbələrinə istinadən məlumat yayıb. Xameneyi öz məktubunda Obamanın ötən il ona yazdığı İranın nüvə proqramı ilə bağlı razılığa gəlmə çağırışına cavab verib. Adını açıqlamayan diplomat Xameneyinin cavab məktubunun “sayğılı”, lakin neytral olduğunu bildirib. Qeyd edək ki, Obama tərəfindən göndərilən məktubun İsrail və Səudiyyə Ərəbistanından gizli saxlanması, dünya mediasında müxtəlif şərhlərə yol açmışdı. Obamanın bu addımı onun İŞİD-ə qarşı mübarizədə İranın da vacib rol oynadığını etiraf etməsi kimi şərh olunur.