Serbiyada bir monastrda baş verən seks qalmaqalı bu ölkəni silkələyib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, monastrrın baş rahibəsi seksual təcavüzdə günahlandırılır. 36 yaşlı rahibə Mianka Konatar 72 yaşlı baş rahibəyə qarşı zorlama iddiası qaldırıb. İddiaya görə, baş rahibə Minaka Konatarı onunla lezbian əlaqədə olmağa məcbur edib.
Günahlarını yumaq üçün gənc rahibənin baş keşişə yazdığı məktub ortaya çıxdıqdan sonra hadisə ölkə gündəmini zəbt edib. Məktubdan bəlli olur ki, baş verənləri heç kimə danışmamağı üçün baş rahibə ona and da içdirib.
Konatarı meşədə gəzməyə çağıraraq ondan ayaqlarına və baldırlarına masaj etməsini istəyən baş rahibənin hərəkətləri onun məhkəməyə verilməsinə səbəb olub.
Baş rahibənin Konatarın qabağında hətta soyunduğu bildirilib.