İsraildən şok: “Müharibəyə başlayırıq”

14-02-2015, 17:14   

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Benni Qrantz ölkəsinin gələcəkdə Livan sərhədində yeni əməliyyatlara başlayacağını açıqlayıb.

Axar.az xəbər verir ki, İsrailin “Kanal 2” televiziyasına danışan general 7 iyul 2014-cü ildə Qəzzaya təşkil edilən əməliyyatların uğurlu olduğunu deyib:“Bu əməliyyatlar çox uğurlu oldu. İsrailin şimal sərhədindəki düşmənləriylə yeni bir döyüş reallaşdırması qaçılmazdır”.

Vəzifəsini sabahdan Qadi Eyzenkota təhvil verəcək Qrantz Livan sərhədindəki bölgələrdə yeni bir döyüşə ehtiyac olub olmadığı ilə bağlı suala isə, "Bəli, qətiyyətlə var”, - deyə cavab verib.

Xatırladaq ki, 18 yanvarda Suriya-İsrail sərhədində yerləşən Qolan təpələrində xidmət aparan Hizbullaha məxsus avtomobil karvanına edilən hücum nəticəsində İran generalı Məhəmməd əl Allahdadi də olmaqla 6 təşkilat lideri öldürülmüşdü.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar