Putin: “Cin artıq şüşədən çıxıb”

15-02-2015, 16:35   

Müasir dünyada ekstremist təşkilatlar çoxluq təşkil edir və Rusiya da onlarla mübarizə aparacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin veteran təşkilatların sədrləri ilə keçirdiyi görüşdə deyib.

“Artıq cin şüşədən çıxıb və onunla heç nə edə bilməzsən, yalnız mübarizə aparmaq lazımdır və biz də bunu edəcəyik. Əlbəttə, bu təkcə islamçı ekstremistlərlə bağlı deyil, müasir dünyada çoxlu ekstremist təşkilatlar var”, - Putin bildirib.

Prezident bildirib ki, Rusiya Əfqanıstanda bu gün siyasi islam adlandırılan bir nəsnə ilə qarşılaşdı. Onun sözlərinə görə, ekstremist təşkilatlar yaranandan sonra onlardan bəhrələnməyə başladılar.

“Onlardan bəhrələnənlər sonradan özləri əziyyət çəkdilər. Bu ağır hadisələri ABŞ və digər ölkələrdə də gördük”, - Rusiya prezidenti bildirib
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar