Azərbaycan Respublikasını Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Bakı Metropoliteninə yeni polis rəisi təyin edilib. Axar.az-ın məlumatına görə, Bakı Metropoliteninin yeni polis rəisi polkovnik Samir Hüseynovdur. Qeyd edək ki, polkovnik Samir Hüseynov buna qədər Yasamal rayon Polis İdarəsi rəisinin köməkçisi vəzifəsində çalışıb.