İran ABŞ mətbuatında Obama-Xamneyi arasında gizli məktublaşma barədə yer alan xəbəri təkzib edib.
Axar.az xəbər verir ki, İranın Ali dini liderinin Obamaya gizli məktub yazmasının yalan olduğu bildirilib.
Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Afham iddiaları təkzib edərək bunun sıradan bir mətbuat oyunu olduğunu qeyd edib.
Xatırladaq ki, Xamneyi və Obama arasında nüvə proqramı və İŞİD-lə bağlı gizli məktublaşma aparıldığı barədə xəbər yayılmışdı.