Yalnız xanımlar üçün

16-02-2015, 04:34   

Yeməkləri daha dadlı, qüsursuz hazırlamaq üçün kiçik sirrləri bilmək vacibdir.

Axşam.az xaririci mətbuata istinadən xanımlara maraqlı məsləhətlər təqdim edir:

· Əgər lobya gec bişirsə, içərisinə 1 çay qaşığı araq tök.

· Boyat peçenye və keksləri kağıza büküb, üzərinə azca su səpib, sobada 10 dəqiqə saxlasan, onlar yumşalacaq.

· Biskvit bişirəndə daha yaxşı köpməsi və yumşaq olması üçün sobaya içərisinə azca su tökülmüş balaca qab yerləşdir.

· Əridilmiş yağın təzə qalması və dadını dəyişməməsi üçün içərisinə qənd at.

· Makaronun üzərinə hazırladığın qiymənin içərisinə bir az ağ şərab töksən, dadı tamam fərqli olar.

· Qarğıdalı qaynadarkən suyuna bir qaşıq şəkər tozu töksən daha ləzzətli olar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar