Nigeriyada qadın kamikadze üzərindəki bombanı insanlarla dolu avtobus dayanacağında partladaraq ən azı 10 nəfərin ölümünə, 30 nəfərin isə yaralanmasına səbəb olub.
ANS PRESS-in məlumatına görə, partlayış ölkənin şimal-şərqindəki Yobe ştatının Damaturu şəhərində baş verib. Rəsmiləri və şahidlər deyir ki, qadın bombanı partlatmamışdan əvvəl nəzarət-buraxılış məntəqəsindən keçməyə müvəffəq olub. Fransa xəbər agentliyinin məlumatına görə, qəzəbli kütlə qadının qalıqlarının xilasedicilər tərəfindən götürülməsinə icazə verməyərək, qalıqları yandırıblar.
Şahidlər deyir ki, hücum qurbanlarının əksəriyyəti avtobus dayanacağında satışla məşğul olan uşaqlar olub.
Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməsə də, bu regionunda Nigeriyanın ekstremist qrupu “Boko Haram”-ın gənc qadınlardan istifadə edərək hücumlar həyata keçirməsi məlumdur.