“Putinin Minskdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə hazır olmaq lazımdır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Baş naziri Arseni Yaçenyuk çıxış edib.
O, Putinin heç vaxt üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib:
“Hər şey Rusiyadan və bizim Qərbdəki müttəfiqlərimizdən asılıdır. Onlar Rusiyanı nəyinsə altına imza atmağa məcbur edə biləcəklərmi? Sülh yalnız Ukraynanın özü-özünü müdafiə etmək imkanına malik olduğu zaman zəmanət altına alınmış olacaq”.