"Gənclik" metrostansiyasında təlaş: hadisə yerinə təcili tibbi yardım çağırıldı

16-02-2015, 10:49   
"Gənclik" metrostansiyasında təlaş: hadisə yerinə təcili tibbi yardım çağırıldı
Bakı Metropoliteninin "Gənclik" stansiyasında səhər saatlarında hadisə baş verib
Milli.Az-a verilən məlumata görə, saat 09 radələrində "Gənclik"də 60-65 yaş arası olan kişinin havasızlıqdan halı pisləşib.

Qəfildən həmin şəxs yıxılıb. Ətrafdakı insanların köməyi ilə qaldırılan kişi platformada bir kənarda otuzdurulub.

Bir qədər sonra metropoliten işçiləri yaşlı kişiyə təcili tibbi yardım cağırıblar. Hadisə yerinə gələn həkimlər şəxsə tibbi yardım göstəriblər.

Özünə gələn yaşlı adam təcili tibbi yardım işçiləri tərəfindən metrostansiyadan çıxarılıb.

Ceyhun Ələkbərov
Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar