Misir ordusu İŞİD-in mövqelərini hərbi təyyarələrlə bombaladığını açıqlayıb.
Musavat.com-un məlumatına görə, İŞİD-in 21 misirli xristianı edam etməsindən sonra Misir ordusu hərəkətə keçib. Fələstin prezidenti Mahmud Abbas Misir prezidenti Əbdülfəttah əl-Sisiyə başsağlığı məktubu yollayıb. Fələstin prezidenti həmçinin İŞİD-in misirliləri edam etməsi səbəbiylə ölkədə üç günlük yas elan edib.
Qeyd edək ki, İŞİD terror təşkilatı 21 misirlini dəniz kənarına apararaq başlarını kəsib. Terror təşkilatı edamın görüntülərinini internetdə yayımlayıb.