ABŞ istəyəndə hərbi məqsədlə havaya da təsir edir...

16-02-2015, 17:22   
ABŞ istəyəndə hərbi məqsədlə havaya da təsir edir...
ABŞ alimi Alan Robok bildirib ki, bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndələri digər dövlətlərin hava şəraitinə hərbi məqsədlə təsir etmək imkanlarının olub-olmadığını müəyyənləşdirmək üçün ona zəng ediblər.

"Trend"-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, alim bunun mümkün olduğunu bildirib və əlavə edib ki, Birləşmiş Ştatlar bununla çoxdan məşğuldur.

A.Robokun sözlərinə görə, dünya miqyasında havaya təsir etmək cəhdlərinin əlamətləri görünəcək: "ABŞ bununla dəfələrlə məşğul olub. Belə ki, amerikalılar Vyetnam müharibəsində düşmənin üzərinə güclü yağışlar yağdırıblar. Kubada da bu təcrübədən istifadə olunub".

Alim belə eksperimentləri dəstəkləmədiyini də bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar