Putin Avropanı belə dağıdır

16-02-2015, 17:30   
Putin Avropanı belə dağıdır
Əgər Minsk sülh danışıqları uğurla nəticələnərsə, bu, bölünmüş Avropanın danışıqlar yolu ilə əldə etdiyi ilk saziş olacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Britaniyada dərc olunan “The Guardian” qəzetində Ukrayna böhranı ilə bağlı dərc olunmuş məqalədə bildirilir.

Qəzetin yazdığına görə, bu, o deməkdir ki, üaxın gələcəkdə Avropa qitəsində ümumi təhlükəsizlik sistemi yoxa çıxacaq. “İndiyə kimi dünyanın ən sabit hissəsi sayılan Avropaya “dünya nizamsızlığı” gəlib”, - deyə məqalədə vurğulanır.

Məqaləyə görə, Rusiya ilə Avropa Birliyi arasında “uçurum” getdikcə dərinləşir. “Moskva getdikcə Çinlə yaxınlaşır, Hindistanla, Türkiyə ilə, Cənubi Koreya və Yaponiya ilə əlaqələri genişləndirməyə cəhd edir, Misir və İranla əməkdaşlığı gücləndirir, İsraillə münasibətləri dəstəkləyir və Səudiyyə Ərəbistanı ilə əlaqələri qurur”, - deyə məqalədə vurğulanır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar